ALBALI PLUS – ARZULARI REALLAŞDIRAN KART!
Biznes Dostu 14% - 500,000 AZN qədər

“Bunkerdəki müəllimlərin sualları seçmək səlahiyyəti, hüququ yoxdur”

Məleykə Abbaszadə: “Bu proqram təminatını biz özümüz hazırlamışıq, Türkiyədə belə proqram yoxdur”

“Bizim tək fiziki deyil, intellektual təhlükəsizliyi də yoxlamaq üçün sistemimiz var”. Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.


Məleykə Abbaszadə deyib ki, intellektual təhlükəsizlik sisteminin necə qurulduğunu açıqlamaq düzgün olmaz, bunun özü təhlükəsizlik sistemini təhlükə altında qoyar. O, fiziki təhlükəsizliyin qorunması işində isə abituriyentlərin də üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Abituriyentlər imtahana gələrkən üzərlərində çanta, çemodan, mobil telefon, digər kommunikasiya vasitələri gətirməməlidirlər. Biz tək abituriyentlərin “şpalka”la gətirmələrini yoxlamarıq. Təhlükəsizliyə xüsusi diqqət yetiririk, imtahana başqa məqsədlə gələn də ola bilər. İmtahan keçirilən binalarda da təhlükəsizliklə bağlı geniş tədbirlər görülür”.



TQDK sədri Türkiyədə olduğu kimi imtahan sualları ilə bağlı problemin Azərbaycanda yaşanmayacağını da vurğulayıb: “Suallar imtahana 1-2 gün qalmış 200 min sualın olduğu bankdan avtomatlaşdırma sistemi vasitəsi ilə seçilir. Bunkerdə olan müəllimlər yalnız seçilmiş sualları oxuyurlar. Çünki avtomatlaşdırma sistemi vasitəsi ilə seçilən suallarda texniki səhv ola bilər. Yəni bunkerdəki müəllimlərin sualları seçmək səlahiyyəti, hüququ yoxdur. Bu, dəqiqliklə yoxlanmış sistemdir və Türkiyədə belə bir proqram yoxdur. Bu proqram təminatını biz özümüz hazırlamışıq”.


Ramiz

Yazar

Lent.az

Oxunub

219 dəfə

Tarix

03.06.2011 / 12:55

Xəbər lenti



02 Sentyabr 2014

01 Sentyabr 2014

Online: 3003