23 cəsədin dəfn olunduğu “26-lar” məzarlığı

Onların qəbirlərinin üzərində nəinki ad, heç sıra nömrəsi də yazılmayıb
Lent.az-ın əməkdaşı “26 Bakı Komissarı”nın cəsəd qalıqlarının basdırıldığı “Şəhər qəbiristanlığı”nda olub. Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən bu qəbiristanlığın giriş qapısından təxminən 100 metr irəlidə kiçik ölçülü hasarda 23 qəbir var. Qəbirlərin hərəsinin üzərinə başdaşı olaraq yalnız bir tikinti daş (“kubik”) qoyulub. Qəbirlərin üzərində nəinki ad, heç sıra nömrəsi də yazılmayıb.
Qəbirlərdən birinin üzərinə yenicə gül qoyulub. Başqa bir qəbirə isə aylar əvvəl gül qoyulduğunun nişanəsi güclə sezilir.
Başqa sahibsiz qəbirlərdə müsəlmanlar başı qibləyə, xristianlar isə əks istiqamətdə basdırılıb. Lakin azərbaycanlı, rus, erməni və s. millətlərdən olan “26-lar”ın hamısı eyni istiqamətdə dəfn edilib. Bu istiqamətin təxminən qiblə tərəf olduğunu müəyyənləşdirdik.
Hövsandakı “Şəhər qəbiristanlığı”nın bir tərəfində kimsəsizlərin, bir tərəfində isə sahibi olan şəxslərin meyiti basdırılıb. “26-lar”ın basdırıldığı ərazi daha çox sahibli qəbirlərə yaxın ərazidədir.
“26 Bakı Komissarı”nın tam siyahısı belədir:
1. Boqdasar Avakyan — Bakı şəhərinin komendantı.
2. Məşədi Əzizbəyov —Bakı quberniyasının komissarı.
3. Tatevos Əmirov —kovaler dəstəsinin komandiri.
4. Arsen Amiryan —"Bakı fəhləsi" qəzetinin redaktoru.
5. Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
6. Eyjen Berq — matros.
7. Anatoliy Boqdanov — xidmətçi.
8. Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
9. Armenak Boryan — jurnalist.
10. Mirhəsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
11. İvan Qabışev — briqada komissarı.
12. Prokofiy Caparidze — Bakı fəhlə, kəndli, əsgər və matroslar şurasının sədri,
13. Yakov Zevin — əmək üzrə xalq komissarı.
14. Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
15. Qroqoriy Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
16. Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
17. İvan Malıqin — Kavkaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
18. İrakliy Metaksa — Şaumyanın şəxsi cangüdəni.
19. İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
20. İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
21. Suren Osepyan — "Bakı şurasın xəbərləri" qəzetinin redaktoru
22. Qriqoriy Petrov — Bakı şəhər mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
23. Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
24. Fyodr Solntsev — hərbi işçi.
25. İvan fioletov- xalq təsərrüfatı şurasının sədri.
26. Stepan Şaumyan — Kavkaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri

Xatırladaq ki, bu il yanvarın 12-də “26-lar”ın heykəli Bakı şəhər İcra Hakimiyyətinin qərarı ilə sökülüb. Komissarların qalıqlarının başqa yerı köçürülməsi zamanı qəbrdə yalnız 23 nəfərin cəsədinin olması aşkarlanıb. Ekspertlərin apardıqları araşdırmalar zamanı cəsəd qalıqlarının yaşının 20-50 arasında olması təsdiq olunub. Onlar 3 qrupa bölünüb. Birinci qrupa aid olanların sayı 11-dir. O sayda da şəxs 30-39 yaş arasında olublar. Cəsəd qalıqlarından yalnız birinin 40-49 yaş arasında olması bəlli olub. 26 komissar kimi güllələnməsi göstərilən şəxslər arasında isə sonuncu qrupa düşənlərin sayı 3 olmalı idi. Söhbət Stepan Şaumyan (40 yaş), Məşədi Əzizbəyov (42 yaş) və Tatevos Amiryandan (45 yaşgedir. Anatomik tədqiqatlar isə qəbirdən çıxan sümük qalıqarının böyük dəqiqliklə Əzizbəyova aid olmasını sübut edib. Belə ki, cəsədlər arasında Şaumyan və Əmiryanın, həmçinin Avakyanın qalıqları tapılmayıb.
Cəsədlərin qalıqları 14 gün sonra – yanvarın 26-da müsəlman, xristian və iyud dini icmalarının iştirakı ilə Hövsan qəsəbəsində dəfn edilib.
26 Bakı komissarı - Bakı kommunasının inqilabçı xadimləri olublar. Onların çoxu 20 sentyabr 1920-ci ildə indiki Türkmənistanın ərazisində Ağcaqum və Pereval stansiyaları arasında güllələniblər.
1920-ci ildə Bakı komissarları təntənəli şəkildə Bakıda dəfn olunublar. Güllələnənlər arasında komissar olmayanlarda komissar kimi “26-lar”a daxil edilir.
Sonradan – 1958-ci ildə onların qəbri üzərində memorial da ucaldılıb. Memorial bu il sökülüb, yerində fəvvarə quraşdırılıb.
Pərvin ABBASOV

LENT

22 Mart 2019
21 Mart 2019

Digər xəbərlər >>>