Sizin link burada

“WikiLeaks”in qurucusu bu gün təslim olacaq

Dekabrın 6-da Böyük Britaniya polisi “WikiLeaks” saytının qurucusu Culian Assancla bağlı İsveç Məhkəməsinə göndərdiyi sorğuya cavab alıb.
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Böyük Britaniya qanunlarına görə, beynəlxalq axtarışda olan şəxs məhkəməyə çıxarılmalıdır.

Artıq Culian Assancın vəkili hüquq-mühafizə orqanları ilə müdafiə etdiyi şəxsin yaxın saatlarda könüllü görüşünü təşkil etməklə bağlı danışıqlar aparır. Bu gün Böyük Britaniyada gözlənən məhkəmə prosesində “WikiLeaks” saytının qurucusu girov müqabilində azadlığa çıxmasını istəyəcək. Bununla bağlı o, tərəfdarlarından pul yardımı toplayır, eyni zamanda ona zamin duracaq bir neçə nəfər axtarır.

Qeyd edək ki, Culian Assanc cinsi zorakılıqda günahlandırılır və İsveç Məhkəməsi onun təhvil verilməsini istəyir.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>