Sizin link burada

İran nüvə alimlərinin qatillərini həbs edib

İran təhlükəsizlik qüvvələri noyabrın 29-da Tehranda qətlə yetirilən 2 nüvə aliminin qatillərini həbs edə bilib.
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran kəşfiyyatının rəhbəri Heydər Moslehi bildirib: “Bu şəxslərin həbsi bizə əlavə sübutlar verəcək və digər cinayətkarları həbs etməyə kömək edəcək”.

Moslehi tutulanların sayını və onların şəxsiyyəti ilə bağlı əlavə məlumat verməyib. Amma o, sui-qəsddə eyni zamanda 3 ölkənin kəşfiyyatının – İsrail “Mossad”ının, Böyük Britaniya “MI6”nın və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin iştirak etdiyini iddia edib.

Tutulanlara hansı ittiham irəli sürüldüyü də bilinmir. İran kəşfiyyatının rəhbəri ancaq onu bildirib ki, tutulanlar ölkədə partlayışlar törədən və yeni hücumlar planlaşdıran böyük qrupa daxil olublar.

Xatırladaq ki, noyabrın 29-da 2 partlayış nəticəsində İranın nüvə fizikləri Məcid Şəhriyari və Fereydun Abbasi qətlə yetiriliblər.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>