Sizin link burada

Klinton siyasətə “əlvida” deyəcək

Dövlət katibi Hillari Klinton ABŞ xarici siyasət idarəsinin rəhbəri postunda səlahiyyət müddəti başa çatandan sonra dövlət xidmətindən gedəcək.
Lent.az-ın “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, Klinton prezident olmaq ambisiyalarından da əl çəkib.

Dövlət katibi Bəhreyndə tələbələrlə görüş zamanı sonuncu dövlət vəzifəsi tutduğunu dilə gətirib: “Yəqin ki, bundan sonra qadın və uşaqlarla bağlı vəkillik işinə qayıdacağam”.

İxtisasca hüquqşünas olan Hillari Klinton artıq 20 ilə yaxındır ki, dövlət siyasətindədir. Əvvəlcə o, 8 il müddətinə ABŞ-ın “birinci ledisi” olub. Sonra 4 il Nyu-York ştatından senator kimi çalışıb, ardınca isə dövlət katibi postunu tutub.

LENT

22 Fevral 2018
21 Fevral 2018

Digər xəbərlər >>>