Sizin link burada

Rusiyada “Tu 154” təyyarəsi qəzaya uğradı: 2 ölü

Moskvanın Domodedovo hava limanında mühərrikləri sıradan çıxan “Tu-154” təyyarəsi qəza enişi edib.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb.

“Tu-154” Vnukovo hava limanından qalxıb və Mahaçqalaya uçub. Amma havada 30 dəqiqə fırlanandan sonra Domdodedovo hava limanına enib. Buna təyyarənin mühərriklərinin sıradan çıxması səbəb olub. Birinci mühərrik təyyarə yüksəklik yığarkən sıradan çıxıb. İkinci mühərrik havada olarkən dayanıb. Üçüncü şərti mühərrik isə qəza enişi zamanı sıradan çıxıb. Hadisə zamanı təyyarədə 155 nəfər olub.

İlkin məlumata görə, qəzaya təyyarənin quş dəstəsi ilə toqquşması səbəb olub. Təyyarə enən zaman eniş-uçuş zolağından çıxıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 40 nəfər yaralanıb.

LENT

28 May 2018
27 May 2018

Digər xəbərlər >>>