Sizin link burada

İspaniyada fövqəladə vəziyyət elan olundu

İspaniyada aviadispeçerlərin tətili ilə bağlı fövqəladə vəziyyət elan olunub.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin müavini Alfredo Peres Rubalkaba bildirib.

Rubalkaba hökumətin təcili iclasından sonra açıqlama ilə çıxış edərək qeyd edib ki, bundan sonra dispeçerlərin işə çıxmaqdan imtina etməsi qanun pozuntusu kimi dəyərləndiriləcək: “Biz xəbərdarlıq etmişdik ki, vəziyyət düzəlməsə ölkədə fövqəladə vəziyyət elan edəcəyik. Göründüyü kimi, vəziyyət düzəlmir”.

Xatırladaq ki, aviadispeçerlər dekabrın 3-də kütləvi şəkildə iş yerlərini tərk ediblər. Onlar bu addımla hökumətin aviadispeçerlərin əmək şəraitinin nizamlanması ilə bağlı qəbul etdiyi qanuna etiraz edirlər. Nəticədə, ölkənin bütün ərazisində bütün hava məkanı bağlanıb. Tətil 250 min sərnişinin uça bilməməsinə səbəb olub.

Bundan sonra hökumət İspaniyanın hava məkanını hərbi dispeçerlərin nəzarətinə verib. Mülki hava nəqliyyatı da Müdafiə Nazirliyinin müvəqqəti tabeliyindədir.

LENT

24 May 2018
23 May 2018

Digər xəbərlər >>>