Sizin link burada

“Yanğın diplomatiyası” “buzları əritmədi” - FOTO

İsraildəki yanğınlar səbəbindən Türkiyənin bu ölkəyə xilasedicilər göndərməsi ilə münasibətlərdəki soyuqluğun aradan qalxacağını düşünənlər yanılıb.
Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, iki ölkənin baş naziri telefonla danışsa da, onlar arasındakı münasibətlər normallaşmayıb.

İsrailin baş naziri Benyamin Netenyahu türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğana zəng vurub. Qarşı tərəfə təşəkkür etdiyi bildirilən israilli nazir bu cavabı alıb: “İslami borcumuzdur”. Qeyd edək ki, Netenyahu Türkiyənin kömək üçün göndərdiyi ver vertolyotun içinə qalxıb.

Türkiyə mətbuatının yazdığına görə, Ərdoğan Netenyahuya başsağlığı verib və yaralıları qəbul edə biləcəklərini söyləyib.

Qeyd edək ki, 2009-cu ilin yanvarında Davosda baş vermiş “one minute” olayından sonra ilk dəfədir ki, Netenyahu ilə Ərdoğan arasında telefon danışığı olur.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>