Sizin link burada

Fələstin muxtariyyatı ləğv edilə bilər

Mahmud Abbas şərt irəli sürdü
Fələstin administrasiyasının rəhbəri Mahmud Abbas İsraillə danışıqlar uğursuzluğa düçar olduğu təqdirdə Fələstin muxtariyyatını ləğv etməyə söz verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə o, televiziya müsahibəsi zamanı deyib: “Mən mövcud olmayan muxtariyyatın prezidenti ola bilmərəm”.

Abbas bildirib ki, yəhudilər İordan çayının Qərb sahilində yaşayış məskənlərini tikməkdə davam etsələr, o, Fələstin dövlətinin müstəqilliyini tanımaq üçün BMT və ABŞ-a müraciət edəcək. Əgər onlar Fələstinin müstəqilliyini tanımasalar, onda Mahmud Abbas özünüidarəetmənin dayandırılması məsələsini qaldıracaq.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>