Sizin link burada

Avstraliyalı iti ilə evləndi... - FOTO

“Bu, əsl məhəbbətdir...”
Avstraliyada kişi öz iti ilə evlənib. Lent.az-ın “The Chronicle” qəzetinə istinadən verdiyi məlumata görə, toy mərasmi Kvinslend ştatının Tumumbı şəhərinin parklarından birində təşkil olunub.

Cozef Quizo deyib ki, “Xani” ləqəbli iti ilə 5 ildir ki, bir yerdədir: “Mən çox dindar insanam. Xani ilə mənim münasibətim də seksual xarakter daşımır. Bu, təmiz məhəbbətdir. Mən onunla gəzintiyə çıxan zaman evlənməyi təklif etdim, o isə cavab vermədi. Buna görə də qərara gəldim ki, o, mənimlə evlənməyə razıdır”.

Toy mərasimi Cozef Quizonun 30-a yaxın dostu və qohumunun iştirakı ilə keçirilib. Onlar toy mərasimlərini parkda keçirəcəklər.

LENT

22 Fevral 2018

Digər xəbərlər >>>