Sizin link burada

Həbsxanada sevgilisini öldürüb, meyitini 3 ay kamerasında saxlayıb...

Perunun paytaxt Lima ətrafındakı Luriqanço həbsxanasında ağlagəlməz bir olayın üstü açılıb.
Lent.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin mayında narkoticarətə görə məhkum olunan Hollandiya vətəndaşı Cekson Konket bu həbsxanaya salınıb.

Bu həbsxanada bir neçə min təhlükəli cinayətkar saxlanılır. 2010-cu ilin avqustunda 22 yaşlı perulu Lesli Paredes Cekson Konketə baş çəkib. Perulu xanım cinayətkar həbs edilənə qədər onunla nikahdan kənar yaşayıb. Həbsxana nəzarətçiləri bu xanımın başına gələnlərdən 3 ay sonra Cekson Konketin kamerasından kəskin üfunət qoxusu glən zaman xəbərdar olublar.

Həbsxanaya təhqiqatçılar çağırılıblar. Təhqiqatçıların diqqətini kamerada insan boyundan bir qədər uzun olan və skamyanı xatırladan sement təpəcik cəlb edib. Bu təpəcik dağıdılıb və onun altından bədbəxt qızın cəsədi çıxıb. Məlum olub ki, Lesli Paredes görüş zamanı Cekson Konketə ondan ayrılmaq istədiyini söyləyib. Bu, Cekson Konketi qəzəbləndirib və o, qızı boğub.

Bu cinayətin üstünün açılması Peruda ciddi qalmaqala yol açıb. Çünki Nizamnaməyə əsasən həbsxana nəzarətçiləri mütəmadi kameraları yoxlamalı və orada hətta kənar əşyaların olub-olmadığını müəyyənləşdirməlidirlər. Həm də Leslinin avqust ayında görüşdən sonra yoxa çıxması həbsxana nəzarətçilərindən heç birinin diqqətini çəkməyib.

Polis həbsxanadakı müşahidə kameralarının yaddaşı araşdıran zaman məlum olub ki, onlarla silahlı məhkum kameranı qazır. Müşahidə zamanı o da məlum olur ki, məhkumların bıçaqları, mobil telefonları var. Ehtimal olunur ki, həbsxanaya silah və narkotik vasitə gətirmək üçün tunel qazılıb. Həbsxanada nəzarət gücləndirilib, nəzarətçilərin sayı 150 nəfərə çatdırılıb.

LENT

20 Fevral 2018
19 Fevral 2018

Digər xəbərlər >>>