Sizin link burada

Çeyni 180 milyon dollarlıq rüşvət qalmaqalı ilə üzləşib

ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin adı cinayət işində hallanır.
Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Nigeriya hakimiyyəti Dik Çeynini korrupsiyada günahlandırır. Korrupsiya ilə bağlı konkret faktlar gələn həftə keçiriləcək məhkəmə prosesində açıqlanacaq. Yalnız o məlumdur ki, söhbət Dik Çeyninin “Halliburton” şirkətinin baş direktoru kimi fəaliyyətindən gedir.

“Halliburton” şirkətinin Nigeriyadakı bölməsi təbii qazın mayeləşdirəcək zavodun tikintisinə icazə verilməsi üçün nigeriyalı məmurlara rüşvət qismində 180 milyon dollar verib. Bu, 1995-2000-ci illərdə olub.

Nigeriya prokuroru məhkəmədən xahiş edib ki, “İnterpol” xətti ilə Dik Çeyninin həbsi üçün order verilsin. ABŞ-ın sabiq vitse-prezidentinin vəkilləri isə ittihamları rədd edirlər.

LENT

18 Fevral 2018
17 Fevral 2018

Digər xəbərlər >>>