Sizin link burada

Avropada soyuq və qar can alır: 15 nəfər öldü

Avropada sərt soyuqlar və yağan qar insan ölümünə yol açıb.
Lent.a-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Polşada 8, Orta Avropa ölkələrində 5, İngiltərədə 2 nəfər həyatını itirib.

Mənfi temperatur və yağan qar Avropanın şimalında da həyatı iflic duruma salıb. İsveçrə Milli Meteorologiya Mərkəzinin təmsilçisi Heinz Maurer deyib ki, Atlantik okeanın şərqində bu vaxta qədər görünməmiş səviyyədə soyuq hava var. Soyuq hava kütləsi Ağ dənizdən gələn isti hava kütləsi ilə toqquşan zaman isə bu, davamlı qar yağmasına səbəb olur.

İngiltərədə 4 min məktəbdə tətil elan edilib. Cənubi Yorkşir bölgəsində qarın qalınlığı 30 santimetrə çatıb, havanın temperaturu bəzi yerlərdə mənfi 15 dərəcəyə düşüb. Londonda hava limanları bu gün fəaliyyət göstərməyib, şənbə gününə qədər qapadılıb. Şotlandiyanın Edinburq və Dundee, İsveçrənin Cenevrə, Fransanın Lion hava limanları da bu gün qapadılıb.

Fransa da Almaniyada da bir çox təyyarə reysləri təxirə salınıb. Aşağı atmosfer təzyiqinin Qərbi Avropa üzərində yavaş irəliləməsi səbəbindən sərt hava şəraitinin hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır.

LENT

26 May 2018
25 May 2018

Digər xəbərlər >>>