ALBALI PLUS – ARZULARI REALLAŞDIRAN KART!
Biznes Dostu 14% - 500,000 AZN qədər

Bakı-Xarkov sərnişin qatarı yolda qaldı

Dağıstanda dəmir yolunda partlayış baş verib



Bu gün saat 8:50 radələrində Dağıstanda İnçxe və Kayakent stansiyaları arasında partlayış baş verib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər xəsarət alıb.


Partlayıcı qurğu kisədə gizlədilmiş fuqas olub. Partlayış zamanı bu istiqamətdə gedən heyət oradan uzaqda olub. Ancaq dəmir yolu relsi yarım metrə qədər parçalanıb və partlayıcı qurğunun qəlpələri dəmir yolunun mühafizəçisini yaralayıb.

Partlayış nəticəsində bu istiqamətdə hərəkət edən qatarlar dayandırılıb. 369 saylı Bakı-Xarkov sərnişin qatarı vaxtında mənzil başına çatmayacaq. Qatar hazırda Dərbənddə dayanıb.

Yazar

Lent.az

Oxunub

606 dəfə

Tarix

23.07.2010 / 17:15

Xəbər lenti



01 Sentyabr 2014

31 Avqust 2014

Online: 2194