Şəkidə təsərrüfata məxsus traktor yanıb

Şəkidə heyvandarlıq kompleksinin ərazisində yanğın olub.

 

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Orta Zəyzid kəndində fəaliyyət göstərən “Şəki Aqro İndastris” MMC-nin südlük-maldarlıq üzrə özəl damazlıq təsərrüfatının ərazisində baş verib. Nəticədə təsərrüfata məxsus, rayon sakini Fikrət Nurəddinovun idarə etdiyi "Belarus" markalı qoşqusuz traktor yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində traktorun yanar hissələri yanıb. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

 

Hadisə xəsarətsiz ötüşüb.

LENT

21 May 2019

Digər xəbərlər >>>