Xəstəxanada daha bir körpə ölümü

Şəkidə xəstəxanada iki aylıq körpə naməlum səbəbdən ölüb.
 
ONA-nın məlumatına görə, rayonun Yeni Çələbixan qəsəbəsinin sakini, 2019-cu il təvəllüdlü (iki aylıq körpə) Mirzəyeva Zəhra Aftandil qızı Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Körpə xəstəxanada ölüb. Ölümün səbəbləri məlum deyil.
 
Ölüm faktı ilə bağlı körpənin valideynləri hüquq-mühafizə orqanlarına şikayət edib.
 
Araşdırma aparılır.

LENT

22 May 2019

Digər xəbərlər >>>