Məşhur müğənninin başına iş gəldi

Sosial mediada paylaşmaları ilə səs-küyə səbəb olan türk müğənnisi Haticənin başına iş gəlib.
 
Lent.az-ın məlumatına görə, bu yaxınlarda istifadə etdiyi krem müğənninin üzünü yandırandan sonra, o bu dəfə kiçik bir qəza ilə üzləşib. Belə ki, xanım ifaçı gözündən zədə alıb və nəticədə göz qapağı qaralıb.
 
Müğənni “İnstagram” hesabında paylaşdığı fotonun şərh bölümünə “qəlbi kinli, adlarını dilimə gətirmək istəmədiklərimin bədduasıdır”,- deyə yazıb.
 
Onu da qeyd edək ki, müğənni ötən həftə geyindiyi tül (şəffaf) libası ilə gündəmə gəlmişdi.
 

LENT

22 May 2019

Digər xəbərlər >>>