Gəncədə qadını maşın vuraraq öldürüb

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.  

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. 

Yolu keçmək istəyən gənc qadını hərəkətdə olan “Toyota” markalı minik maşını vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.  Faktla bağlı araşdırma aparılır.

LENT

22 May 2019

Digər xəbərlər >>>