Roza Cəlilova "Şöhrət" ordeni ilə təltif olundu

Azərbaycan Prezidenti İlham Əliyev Roza İsmayıl qızı Cəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
ONA-nın xəbərinə görə, R.Cəlilova Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə təltif olunub.
 
Qeyd edək ki, sabah R.Cəlilovanın 90 yaşı tamam olur.

LENT

21 May 2019

Digər xəbərlər >>>