Məşhur cütlük Cunda adasında

Türkiyənin tanınmış simaları Kənan İmirzalıoğlu və Sinem Kobal səyahətə çıxıblar. 
 
 
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış aktyor həyat yoldaşını toy mərasimlərinin baş tutduğu Cunda adasına aparıb. Evliliklərinin 3-cü ildönümü ilə bağlı səhayət edən cütlük hətta dincəlmək üçün bal aylarında seçdikləri oteldə qalıblar. Həyat yoldaşı üçün bahalı səyahət sürpriz edən İmirzalıoğlu Kobala 10 min dollarlıq qolbağı da hədiyyə edib.
 
 
Bu jestlərə biganə qalmayan məşhur aktirisa həyat yoldaşı haqqında "Mən çox şanslı bir qadınam, Kənan heç vaxt xüsusi günləri unutmur",- sözlərini deyib.
 
 
Məlumata görə, Sinem kobal isə Kənan İmirzalıoğluna özəl bir saat hədiyyə edib.
 
 
Qeyd edək ki, məşhur cütlük 2016-cı il mayın 14-də Cunda adasında bahalı toy mərasimi ilə həyatlarını birləşdiriblər.

LENT

22 May 2019

Digər xəbərlər >>>