“Barselona” bu oyunçuya ildə 17 milyon avro təklif etdi

İspaniyanın “Barselona” klubunun Antuan Qrizmanna təklif etdiyi məbləğ müəyyənləşib.
 
ONA-nın məlumatına görə, Kataloniya təmsilçisi Fransa milli komandasının futbolçusuna ildə 17 milyon avro verməyə hazırdır.
 
Mövsümün sonunda “Atletiko”dan ayrılacağını açıqlayan A.Qrizmannın keçidini həll etmək üçün “Barselona” rəhbərliyi madridlilərə ödənməli məbləği verməlidir. Fransalının müqaviləsinə əsasən, bu rəqəm 200 milyon avro təşkil edir. Lakin iyulun 1-dən sonra bu məbləğ 120 milyon avroya enəcək.
 
Qeyd edək ki, A.Qrizmann 2014-cü ildən “Atletiko”da çıxış edir.

LENT

21 May 2019

Digər xəbərlər >>>