“Real”ın Luka Yoviçin transferini gələn həftə açıqlayacaq

 
Almaniyanın “Ayntraxt” klubunun futbolçusu Luka Yoviç karyerasını İspaniyada davam etdirəcək.
 
ONA-nın məlumatına görə, 21 yaşlı serbiyalı hücumçu Madridin “Real” klubuna keçir.
 
İspaniya təmsilçisi yeni transferini gələn həftə rəsmən açıqlayacaq. Bu, “Ayntraxt”ın Bundesliqadakı son oyunu ilə bağlıdır. L.Yoviç üçün “Bavariya” ilə mayın 18-dəki qarşılaşma Frankfurt təmsilçisində sonuncu matç olacaq.
 
Qeyd edək ki, serb futbolçunun keçidi 60 milyon avroya gerçəkləşir. Bu məbləğin 48 milyonu “Ayntraxt”a, 12 milyonu isə L.Yoviçin sabiq klubu olan Portuqaliya “Benfika”sına çatacaq.

LENT

21 May 2019

Digər xəbərlər >>>