Gürcüstanda meşə yanğını baş verib

Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib. 
 
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Halların  İdarəetməsi Xidmətinin əməkdaşları, eləcə də Tiflis, Barjomi, Axaltsıx, Aspindza və Adigenidən 150-dək yanğınsöndürən cəlb olunub. 
 
Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd polisi xidmətinin helikopteri də cəlb edilib. Yanğın çətin dağlıq ərazidə baş verdiyindən yanğın-xilasetmə avadanlıqlarının hadisə yerinə çatdırılmasının ləngidiyi bildirilir.
 
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən cinayət işi başlanılıb.

LENT

22 May 2019

Digər xəbərlər >>>