Naxçıvan məhsullarının yol xərcləri kompensasiya ediləcək

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında yerli xammala əsaslanan istehsal məhsullarının Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün daşınmasında yaranan xərclərin kompensasiya edilməsi Qaydaları”nı təsdiq edib.
 
ONA-nın məlumatına görə, qərara əsasən, Azərbaycan Respublikasının digər bölgələrinə satış üçün aparılan muxtar respublikadakı yerli xammala əsaslanan istehsal məhsullarının rəqabət qabiliyyətinin artırılması, yeni bazarlara çıxışın təmin olunması üçün yük maşınlarının tranzit hərəkəti zamanı İran İslam Respublikasında alınan müxtəlif növ ödənişlərə görə yol xərcləri kompensasiya ediləcək.

LENT

22 May 2019

Digər xəbərlər >>>