Bu gün Elinanın 40 mərasimidir

162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharından 40 gün keçir. Bu gün nərhumun 40 mərasimi keçirilir.

Bu barədə Lent.az-a Elinanın ailəsindən məlumat verilib.

Xatırladaq ki, Elinanın ölümü ilə bağlı aparılmış xidməti araşdırma nəticəsində Bakı şəhəri 162 nömrəli tam orta məktəbin direktoru (Abbasova Sevinc Kamil qızı), tərbiyə işləri üzrə direktorun müavini (Məhərrəmova Lalə Arif qızı) və məktəbin psixoloqunun (Ağayeva Könül İsmayıl qızı) əmək müqaviləsinə xitam verilib.

Həmçinin qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci (r) sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Hal-hazırda həmin iş üzrə istintaq gedir.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ittiham verilib. Səbail rayon Məhkəməsi tərəfindən S. Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>