Yenidən xərçəngə tutulan "Toppuş bacı"nın xəstəxanada SON HALI - VİDEO

Yenidən onkoloji xəstəliyə tutulan əməkdar artist Tünzalə Əliyeva xəstəxanaya yerləşdirilib.

 

Lent.az-ın məlumatına görə, bu barədə “Toppuş bacı” sosial şəbəkədə açıqlayıb. O bildirib ki, bu gün kimyaterapiya ediləcək: “Bir azdan sevə-sevə kimyaterapiyamı qəbul edəcəm ki, məni sağaltsın”.

 

Xatırladaq ki, aktrisa bundan öncəki açıqlamasında bu sözləri demişdi:  

“Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastaz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam, amma inanıram ki, yaxşı olacaq. Zəhram çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmənnasız ediləcək”.

 

LENT

22 May 2019

Digər xəbərlər >>>