Şimal-qərb rayonlarınə dolu vurdu - YENİLƏNİB - FOTO

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Şəki ilə yanaşı Zaqatalaya da dolu yağıb. 

 
ONA-nın məlumatına görə, rayonun Car, Muxax və bir neçə dağətəyi kəndlərinə dolu yağması nəticəsində təsərrüfata ciddi ziyan dəyib.

 

08:37

 

Şəkiyə güclü dolu yağıb.

 

ONA-nın yerli bürosunun məlumatına görə, mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb.

 

Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb.

 

Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>