72-ci Kann kinofestivalı öz işinə başlayıb

Dünya kinematoqraflarının son işləri 72-ci beynəlxalq Kann festivalında təqdim olunur.

 

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, kinofestival bu gecədən etibarən işinə başlayır və orada dünyanın 39 ölkəsindən olan aparıcı kinorejissorlar, ssenaristlər, aktyorlar iştirak edir.

 

Bu günlərdə əhalisi ikiqat artan şəhərin sakinləri və qonaqları festival sarayının kənarında əvvəlcədən mövqe tutub. Mərasimə dəvət alan məşhurlar da bir-bir Kann pilləkənlərində pərəstişkarlarının qarşısına çıxıb.

 

Kinematoqrafiyanın yaradıcılarından biri Lui Lümerin adını daşıyan zalın qarşısında tədbir iştirakçılarını festivalın baş direktoru Tyerri Fremo qarşılayıb.

 

Tədbir proqramını isə Cim Carmuş özünün yeni “Ölülər ölmür” (The Dead Don’t Die) filmi ilə açıb.

LENT

19 May 2019

Digər xəbərlər >>>