Nazir müavini intihara cəhd edən şagirdin valideynlərilə görüşüb

“Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı şəhəri 109 nömrəli tam orta məktəbin şagirdi Fatimə Əliyevanın valideynlərilə görüşüb”.

Lent.az xəbər verir ki, bu barədə açıqlamanı nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial şəbəkədə paylaşıb.

O bildirib ki,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin də iştirak etdiyi qəbulda valideyn dinlənilib, məktəbdə aparılmış xidməti araşdırma barədə məlumat verilib. Eyni zamanda onları hazırda narahat edən məsələlərlə bağlı müzakirələr aparılıb, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müvafiq göstərişlər verilib.

 

 

 

LENT

21 May 2019

Digər xəbərlər >>>