"Çelsi"nin bu oyunçusu Bakıdakı finaldan sonra “Real”a keçəcək

Belçika millisinin və İngiltərənin “Çelsi” klubunun futbolçusu Eden Azar karyerasını İspaniyada davam etdirəcək.
 
ONA-nın məlumatına görə, futbolçu Madridin “Real” klubuna keçəcək.
 
E.Azarın keçidi mövsümün son qarşılaşması olacaq Avropa Liqasının Bakıdakı finalından sonra açıqlanacaq. “Çelsi”nin digər İngiltərə klubu “Arsenal”la görüşü belçikalının “zadıganlar”ın heyətində son matçı olacaq. 
 
“Real” rəhbərliyi həm futbolçunun özü, həm də “Çelsi” ilə razılıq əldə edib. İspaniya təmsilçisi futbolçu ilə 6 illik müqavilə imzalayacaq. E.Azarın keçidi London klubuna 100 milyon avro qazandıracaq.
 
Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi 2012-ci ildən “Çelsi”də çıxış edir.
 

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>