Ərdoğanla Putin arasında telefon danışığı olub

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
 
ONA TASS-a istinadla xəbər verir ki, təşəbbüs Türkiyə tərəfdən olub.
 
İki lider arasındakı telefon danışığında əsasən Suriyadakı vəziyyət, o cümlədən İdlibdə davam edən gərginlik müzakirə mövzusu olub.
 
Bildirilir ki, eyni zamanda iki ölkə arasındakı hərbi sahədə, o cümlədən digər istiqamətlərdə mövcud olan münasibətlərin bundan sonra da davam etdirilməsi və digər regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>