Daha bir paracüdoçumuz qızıl medal qazandı

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pridə ikinci qızıl medalını qazanıb.
 
Lent.az-ın məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 
 
İlk mərhələdən azad olan Ş.Hacıyeva 4/1 finalda özbəkistanlı Lobar Xürrəmovaya qalib gələrək yarımfinala yüksəlib. Ukraynalı Yuliya Halinskanı məğlub edən idmançımız qızıl medal uğrunda görüşə haqq qazanıb. Çinli Liqinq Liyə ipponla qalib gələn idmançımız beynəlxalq Qran-Pri yarışlarının çempionu adını qazanıb.
 
Qeyd edək ki, bu, Azərbaycan millisinin turnirdə ikinci qızıl medalıdır. İlk medalı yığmamıza Vüqar Şirinli (60 kq) qazandırıb.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>