Azərbaycan BTC ilə neftin ixracını azaldıb

Bu ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan (BTC) üzrə əməliyyat xərclərinə təqribən 25 mln. ABŞ dolları, əsaslı xərclərə isə təqribən 6 mln. dollar sərf olunub.
 
BP-dən ONA-ya verilən məlumata görə, rüb ərzində isə BTC vasitəsilə 8 mln. tondan çox (təqribən 61 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 74 tankerə yüklənib. Ötən ilin eyni dövrü ilə müqayisədə BTC ilə ixrac olunan neftin həcmi 3,6% azalıb.
 
Qeyd edək ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 425 milyon ton (təqribən 3,2 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4 159 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

LENT

19 May 2019

Digər xəbərlər >>>