İdmançılarımiz Avropa çempionatında 2 qızıl medal qazanıb

Moldovanın Orhey şəhərində qarışıq döyüş növləri üzrə Avropa çempionatı keçirilib. 
 
ONA-nın məlumatına görə, yarışda Azərbaycanı S-1 peşəkar döyüş liqasının 5 idmançısı təmsil edib. 
 
Həmyerlilərimizdən ikisi Avropa çempionu tituluna layiq görülüb. Əli Mirzəyev (75 kq) və Tural Əliyev (81 kq) Orheydə qızıl medal qazanıblar. 
 
Bu nəticə komandamızı 17 ölkə arasında 3-cü edib. 

LENT

19 May 2019

Digər xəbərlər >>>