Reynaldo "Qarabağ"dan göndərildi - RƏSMİ

Azərbaycan çempionu “Qarabağ” komandası üç futbolçu ilə yollarını ayırıb.
 
Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.
 
Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>