Bakıda paracüdo üzrə Qran-pri başladı

Bakıda paracüdo üzrə Qran-pri turnirinə start verilib. 
 
ONA-nın məlumatına görə, bu gün başlayan yarış 2 gün davam edəcək. 
 
Turnirə 36 ölkədən 280 idmançı qatılıb. Yarış ilə bağlı paytaxta gələn nümayəndələrin sayı idmançılarla birlikdə 375 nəfər təşkil edir. 
 
Kişilərin yarışında Azərbaycan 7 çəki dərəcəsi üzrə 13 idmançı ilə təmsil olunur. Bunlar Murad Əliyev (60 kq), Vüqar Şirinli (60 kq), Namiq Abbaslı (66 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Zaməddin Poladov (73 kq), Murad Həziyev (81 kq), Hüseyn Rəhimli (81 kq), Ramin Əliyev (90 kq), Rövşən Səfərov (90 kq), Kənan Abdullaxanlı (100 kq), Kamil Ağayev (100 kq) və İlham Zəkiyevdir (+100 kq). 
 
Qadınların yarışında isə 6 çəki dərəcəsində 10 idmançı ölkəmizi təmsil edəcək. Bunlar Gülnar Gereyeva (48 kq), Şahanə Hacıyeva (48 kq), Səbinə Abdullayeva (52 kq), Bəsti Səfərova (52 kq), Afaq Sultanova (57 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), Zülfiyyə Hüseynova (70 kq), Xatirə İsmiyeva (+70 kq) və Dürsədəf Kərimovadır (+70 kq). 
 
Bakı Qran-Prisinə Azərbaycan, ABŞ, Rusiya, İran, Türkiyə, Ukrayna, Braziliya, Əlcəzair, Yaponiya və Özbəkistan ən böyük nümayəndə heyəti ilə qatılıb. 

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>