“Qarabağ” muğam qrupu Ankarada konsert verir

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaranmasının 25 illiyi münasibətilə Türkiyənin paytaxtı Ankara şəhərində möhtəşəm muğam konserti keçirilir.
 
Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO, UNESCO üzrə Türkiyə Respublikasının Milli Komissiyası və SOCAR tərəfindən birgə təşkil olunan konsertdə ölkəmizin “Qarabağ” muğam qrupu musiqisevərlərin görüşünə gəlib.
 
Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin konsert salonunda təşkil olunan muğam gecəsi Azərbaycandan və qardaş ölkədən rəsmi şəxsləri, Ankara ictimaiyyətinin görkəmli simalarını, o cümlədən bu şəhərdəki soydaşlarımızı bir araya gətirib.
 
(AZƏRTAC)

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>