BƏƏ hakimiyyəti limanda tankerlərdə partlayış baş verdiyi təkzib edilib - YENİLƏNİB

 
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimyiyəti Fuceyra limanında bu gün güclü partlayışların baş verdiyi və nəticədə neft tankerlərində yanğın başladığı barədə yayılan xəbərləri təkzib edib.
 
ONA-nın məlumatına görə, bu barədə BƏƏ-nin WAM Dövlət Agentliyi məlumat yayıb.
 
Qeyd edək ki, bu gün Livanın "al-Mayadeen" telekanalı yerli mənbələrə istinadən səhər saatlarında Fuceyra limanında bir neçə güclü partlayışın baş verdiyi və ən azı 7 tankerdə yanğının başladığı barədə məlumat yayıb.
 
Rəsmi məlumatda isə gəmilərin limanda adi rejimdə hərəkətinin davam etdiyi bildirilib. Eyni zamanda KİV-lərin fəaliyyətində rəsmi mənbələrə istinad etməsi tövsiyə olunub.
 
 
13:10
 
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında bir neçə güclü partlayış baş verib, ən azı 7 tankerdə yanğın başlayıb.
 
ONA-nın məlumatına görə, bu barədə "al-Mayadeen" telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.
 
Partlayışlar yerli vaxtla saat 4.00-7.00 aralığında ardıcıl baş verib, daha sonra tankerlərdə yanğın başlayıb.
 
Partlayışın səbəbi hələ müəyyənləşdirilməyib. Şahidlər liman üzərində ABŞ və Fransa hərbi təyyarələrinin uçduğunu bildiriblər.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>