"Facebook" bölünür? - Markdan CİDDİ ETİRAZ

Mark Tsukerberq rəhbəri olduğu "Facebook", "Instagram" və "WhatsApp"-ın bölünərək ayrı-ayrı şirkətlərə çevrilməsi təklifini qəbul etməyib.
 
ONA-nın məlumatına görə, M. Tsukerberq "France Info" telekanalına müsahibəsində deyib ki, bu, sosial şəbəkələrlə bağlı problemlərin həllinə kömək etməyəcək.
 
Qeyd edək ki, belə bir təkliflə "Facebook"-un təsisçilərindən biri olan Kris Xyuz çıxış edib. M. Tsukerberq demokratiyanı dəstəkləyən və seçkilərə müdaxiləyə qarşı mübarizə aparanlar içərisində şirkət sahibi olanlara da tövsiyə verib: "Şirkət sahibi olanlar seçkilərə müdaxiləyə qarşı mübarizə üçün müasir vasitələrin yaradılması üçün bizim kimi il ərzində milyardlarla dollar sərf edə bilər. "Facebook"-un təhlükəsizlik üçün 2019-cu ildə ayırdığı büdcə bir neçə il əvvəl birjaya çıxan zaman əldə etdiyi gəlirlərdən çoxdur. Bu, şirkətin biznesini uğurlu qurmasının nəticəsidir".
 
Qeyd edək ki, şirkətin vitse-prezidenti Nik Kleqq də "Facebook"-un bölünməsinin əleyhinə çıxış edib: "Uğuru cəzalandırmaq olmaz. "Facebook"-u bölmək yox, üzərində nəzarəti təmin etmək lazımdır".

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>