Güləşçilərimiz Dünya Seriyasında 3 medal qazandılar

Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri keçirilib.
 
ONA-nın məlumatına görə, Azərbaycan güləşçilərindən üçü yarımfinala vəsiqə qazanıb. 
 
Kənan Əliyev (90 kq) yarımfinalda uduzsa da, İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) finala yüksəlib. Yekunda Əliyev bürünc, Yusubovla Nəzəriani isə gümüş medal qazanıb.
 
Xatırladaq ki, Portuqaliyadakı yarışda olduğu kimi, bu turnirdə də toplanan lisenziya xallarına əsasən payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqələrin sahibləri müəyyənləşəcək.

LENT

19 May 2019

Digər xəbərlər >>>