"İlhamənin goru çatlayır" - Əli Mirəliyevdən AĞIR SÖZLƏR

Müğənni Əli Mirəliyev mərhum Xalq artisti İlhamə Quliyevanın varislərinə qarğış edib. 
 
Sənətçi "Şou news"a açıqlamasında deyib ki, İlhamənin pasportu belə onun evindədir:
 
"Vəziyyəti pis olanda pasportunu verdi mənə ki, saxla. Dedim ki, camaata var-dövlət verirsən, mənə bunu. Pulu nə mənə, nə qızıma qismət oldu. Özü malını necə işlədibsə, sahib olanlar da elə işlətsin. İlhamə işlətmədi, yığdı. Qızım Samirə 10 il ona qulluq edib. 
 
Həmişə İlhamənin yanında bizolmuşuq. Öləndə də mən idim orada olan. Biz onun yanında ola-ola ev-eşik bacılarına qismət oldu. Tükəzban İsmayılovanın evini ikinci arvaddan olan uşaqlar necə ala bilər? O, evdə Orxan (İ.Quliyevanın övladlığa götürdüyü Orxan - red.) böyüyüb. İlhamənin goru çatlayır ki, siz onun evinə, bağlarına yiyələndiz. 
 
İlhamənin evini tanımırdınız, gəlib malına sahib durdunuz. Bağını, mülkünü, qızıllarını talan etdiniz. Burnunuzdan gələcək. Kor olasınız sizi. Kimsiniz siz?".
 
Qeyd edək ki, İlhamənin mirası onun ögey bacı və qardaşlarına, onların övladlarına qalıb.
 
(axşam.az)

LENT

24 May 2019

Digər xəbərlər >>>