Admiral “USS Abraham Linkoln” gəmisinin ehtiyac olarsa, Hörmüz boğazına göndəriləcəyini bildirib

ABŞ-ın Bəhreyndə yerləşən 5-ci donanmasının komandanı admiral Ceyms Malloy İranın ölkəsinə qarşı təhdidləri ilə bağlı yeni kəşfiyyat məlumatlarının olduğunu qeyd edib.
 
ONA “Reuters”ə istindadla xəbər verir ki, donanma komandanı ABŞ xüsusi xidmət orqanlarının əldə etdiyi məlumatları əsas gətirərək qeyd edib ki, ehtiyac olarasa, “USS Abraham Linkoln” gəmisi Hörmüz boğazına göndəriləcək. 
 
Lakin o, İrana qarşı hərbi əməliyyatların başlayıb-başlamayacağı ilə bağlı heç bir fakir səsləndirməyib.
 
Məlumat üçün bildirək ki, ABŞ-ın Yaxın Şərqə göndərdiyi Abraham Linkoln təyyarə daşıyan gəmisi artıq Süveyş kanalını keçib. Gəminin Amerikanın 5-ci donanmasının nəzarətində olan hərbi dəniz qüvvələrinə qoşulacağı ehtimal edilir. 
 
Bu arada B-52 tipli strateji bombardımançı təyyarələrin Qətərin “Əl-Üdeyd” hərbi bazasında eniş etdiyi barədə xəbərlər yayılıb.
 
Qeyd edək ki, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton ölkəsinin bu addımlarını İrana açıq mesaj kimi xarakterizə edib.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>