Pakistandakı otelə hücum edənlər məlum oldu - YENİLƏNİB

Pakistanın cənubunda yerləşən Bəlucistan əyalətinin liman şəhəri Qvadar yaxınlığındakı 5 ulduzlu “Pearl Continental Hotel”ə silahlı hücumun kim tərəfindən həyata keçirildiyi bəlli olub.
 
ONA TASS-a istinadən xəbər verir ki, "Bəlucistan Qurtuluş Ordusu" terror qruplaşması məlum hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.
 
 
 
18:52
 
Bir qrup terrorçu Pakistanın Bəlucistan əyalətinin liman şəhəri Qvadarda yerləşən 5 ulduzlu “Pearl Continental Hotel”ə silahlı hücum edib.
 
ONA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, otel təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, ərazidən silah səsləri eşidilir.
 
Pakistan rəsmiləri oteldəki əcnəbi və yerli sakinlərin təhlükəsiz şəraitdə təxliyə ediləcəyini bildiriblər. Rəsmilər yaralıların olması faktını da təsdiqləyiblər.
 
Terror aktına görə məsuliyyəti üzərinə götürən olmayıb.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>