Rəşad Sadıqov "Qarabağ"dan gedir ? - AÇIQLANDI

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov klubu ilə müqaviləni yeniləmək qərarı verib.

Ötən gün klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və Rəşad Sadıqovun görüşü olub. Görüşdə növbəti dəfə təcrübəli müdafiəçiyə karyerasını davam etdirməsi təklif olunub. Sadıqov bu təkliflə razılaşıb. Yaxın günlərdə onunla 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2011-ci ildən indiyədək Ağdam klubunda çıxış edir. Buna qədər isə o, 2009/10 mövsümündə də "Qarabağ"da oynayıb. /qol.az

 

LENT

19 May 2019

Digər xəbərlər >>>