Karateçimiz "Super 8" tunirində

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə “Super 8” Xorvatiya Kuboku beynəlxalq turniri keçiriləcək.
 
Bu barədə Lent.az-a  Azərbaycan Milli Karate Federasiyasından bildirilib.
 
Məlumata görə, Azərbaycan karatesinin liderlərindən Ayxan Mamayev (-84 kq) də beynəlxalq turnirinə dəvət olunub.  Xorvatiya Karate Federasiyasının təşkil etdiyi bu yarış, dünyanın 7 tanınmış idmançısının iştirakı ilə keçiriləcək. Təşkilatçılar idmançıları nüfuzuna əsasən dəvət edirlər.
 
A.Mamayevlə birgə turnirdə Kenji Qrillon (Fransa), Erman Eltemur (Türkiyə), Miçele Martina (İtaliya), Alvin Karaqi (Kosova), Djordje Teşanoviç (Serbiya), Enes Qariboviç və  Ante Mrviçiç (Xorvatiya) kimi Dünya və Avropa çempionatlarının qalib və mükafatçıları mübarizə aparacaq.
 
Mütləq çəki dərəcəsində turnir qrup sistemi üzrə keçiriləcək. Hər iki qrupun qalibi finalda, ikinci yeri tutanlar isə bürünc medal uğrunda mübarizə aparacaq.
 
 

LENT

19 May 2019

Digər xəbərlər >>>