ABŞ dövlət katibi Rusiya Prezidenti ilə görüşəcək

ABŞ dövlət katibi Mayk Pompeo Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
 
ONA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 12-14-də dövlət katibi Pompeo Moskva və Soçiyə səfər edəcək.
 
Mayın 13-də Moskvada Mayk Pompeo Rusiyadakı ABŞ səfirliyinin nümayəndələri, amerikalı iş adamları ilə görüşlər keçirəcək. Dövlət katibi Moskvadakı “Naməlum əsgər” abidəsini də ziyarət edəcək.
 
ABŞ dövlət  katibi mayın 14-də Soçidə xarici işlər nazir Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Tərəflərin ikitərəfli və çoxtərəfli məsələləri müzakirə edəcəyi gözlənilir.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>