Topaz Premyer Liqasında turun ən yaxşı futbolçusu açıqlandı

Topaz Premyer Liqasının XXVII turunun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.
 
ONA-nın məlumatına görə, “InStat” şirkətinin təhlilinə əsasən, turun ən yaxşı futbolçusu “Qarabağ”ın hücumçusu Mahir Mədətovdur. 
 
22 yaşlı futbolçu “Səbail”ə qarşı görüşdə 90 dəqiqə meydanda olub və het-triklə yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur. Rəmzi komandada “Qarabağ” daha çox – 6 oyunçu ilə təmsil olunub.
 
Qapıçı: Vaqner Da Silva (“Qarabağ”)-4
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-8, Mamadu Mbodj (“Neftçi”)-3, Bədavi Hüseynov (“Qarabağ”)-8, Maksim Medvedev (“Qarabağ”)-5
Yarımmüdafiəçilər: Baqali Dabo (“Neftçi”)-6, Markos Madera (“Qarabağ”)-8, Əmir Ağayev (“Sumqayıt”)-2, Mfo Kqasvane (“Zirə”)-2
Hücumçular: Xulio Sezar Rodriqez (“Zirə”)-3, Mahir Mədətov (“Qarabağ”)-10.

LENT

24 May 2019
23 May 2019

Digər xəbərlər >>>