Müğənnimiz yeni doğulan oğlunun şəklini paylaşdı

Ötən gün ata olan bəstəkar-müğənni Tunar Rəhmanoğlu oğlu ilə şəklini paylaşıb.

Lent.az-ın məlumatına görə, oğlunun üzünü gizlədən ifaçı bildirib ki, ona atasının adını qoyub:

“Həyatıma xoş gəldin, oğlum Rəhman. Bu zamana qədər mənə yaraşan ən gözəl ad sən oldun! Ata oldum sayəndə. Allah arzusunda olanlara qismət etsin. Amin! Təbrik edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Tunar ötən ilin Ülviyyə adlı xanımla evlənib. Onun ailə qurduğu şəxs müəllimədir.

 

 

LENT

19 May 2019

Digər xəbərlər >>>