Müğənni ayrılıq xəbərindən DANIŞDI

Türkiyənin məşhur müğənnisi Kənan Doğulu ailəsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
 
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı ilə ayrılmadığını bildirib.
 
"Üçüncü şəxsləri maraqlandıran bir xəbər olarsa, biz bu haqda açıqlama verərik. Beren bu aralar işləri ilə bağlı məşğuldur. Çıxan xəbərlər istər-istəməz yaxınlarımızı incidir. Telefonlarımız susmur. Yalan məlumat yaymağa düşünürəm ki, ehtiyac yoxdur. Bizim kefimiz yerindədir", - deyə məşhur müğənni bildirib.
 

LENT

19 May 2019

Digər xəbərlər >>>