Sumqayıtda 263 yaşayış binasının dam örtüyü təmir olunacaq

Sumqayıtda 263 yaşayış binasının dam örtüyü, 25 binanın fasadı, 74 ədəd lift və 2 saylı Sumqayıt şəhər xəstəxanası əsaslı təmir olunacaq.
 
ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Sumqayıt şəhərində 2019-cu ilin birinci rübünün yekunlarına dair keçirilən hesabat yığıncağında bildirilib.
 
Vurğulanıb ki, hesabat dövründə "Nizami kinoteatr"ının, Corat qəsəbəsində 120 yerlik uşaq bağçasının və Məhkəmə Kompleksinin tikintisində işlər davam etdirilib, "Muğam evi"nin tikintisinə və Sumqayıt Bulvarının şimal-şərq istiqamətində 1,0 km uzunluğunda genişləndirilməsi işlərinə başlanılıb.

LENT

19 May 2019

Digər xəbərlər >>>